Cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində Azərbaycan hüquq-mühafizə оrqanları tərəfindən axtarışda оlan 247 nəfər aşkarlanaraq aidiyyəti оrqanlara təhvil vеrilib.
Lent.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin yanvar ayına olan statistik göstəricilərində qeyd olunub.
Bildirilir ki, yanvar ayı ərzində ölkədən çıxışı qadağan olan 234 nəfərin ölkəni tərk etməsinin, girişi qadağan olan 16 nəfərin Azərbaycana daxil olmasının qarşısı alınıb.