Bu gün toyu olacaqdı  - Qəbələdə intihar edən qızla bağlı YENİ FAKTLAR
23 aprel 2024 15:02 (UTC +04:00)

Bu gün toyu olacaqdı - Qəbələdə intihar edən qızla bağlı YENİ FAKTLAR

Qəbələdə 20 yaşlı qızın intiharı ilə bağlı yeni faktlar ortaya çıxıb.

Lent.az "Oxu.az"a istinadən xəbər verir ki, intihar edən qızın qardaşı - Bəhruz Quliyev 1992-ci ildə şəhid olub.

Qardaşı şəhid olduğuna görə onun adını yaşatması üçün bacısına Bəhruzə adını veriblər. Ailənin yaşadığı küçə də məhz şəhid Bəhruz Quliyevin adını daşıyır.

"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, B.Quliyevanın nişanlısı Qəbələnin Xırxatala kənd sakini 1991-ci il təvəllüdlü Rəşad Əlizadə bu ilin 16 martında Ağdaşda yük maşınlarının toqquşduğu ağır yol qəzasında həlak olub. Yol-nəqliyyat hadisəsi zamanı daha 2 nəfər də dünyasını dəyişib.

Həmin qəzadan əvvəl isə aprelin 23-nə, yəni bugünkü tarixə Rəşadla Bəhruzənin toyu təyin edilibmiş. Bəhruzənin nişanlısının yanında, Cığatelli kəndində dəfn olunacağı bildirilib.

***

saat 09:53

Qələbə intihar hadisəsi olub.

Lent.az-ın məlumatına görə, hadisə Bum qəsəbəsində qeydə alınıb. 20 yaşlı B. Quliyeva gecə saatlarında tövlədə özünü asaraq, həyatına son qoyub.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6609
avatar

Mehman Nəbiyev

Oxşar yazılar