Bir günə 15 kiloya yaxın narkotik ələ keçirildi
20 yanvar 2023 14:15 (UTC +04:00)

Bir günə 15 kiloya yaxın narkotik ələ keçirildi

0

Ötən gün narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat tədbirləri keçirilib.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, polis əməkdaşlarının yanvarın 19-da respublika ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 15 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb.

Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 5,3 kiloqrama yaxın heroin, 9,6 kiloqrama yaxın marixuana, həmçinin 350 qrama yaxın  metamfetamin olub.

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2233

Oxşar yazılar