Binəqədidə ağaclıq ərazidə baş vermiş yanğın söndürüldü - FOTOLENT -VİDEO
22 iyun 2021 21:33 (UTC +04:00)

Binəqədidə ağaclıq ərazidə baş vermiş yanğın söndürüldü - FOTOLENT-VİDEO

Bakının Binəqədi rayonu ərazisində baş vermiş yanğının söndürülməsi istiqamətində işlər 3 saat ərzində Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğın bölmələri tərəfindən davam etdirilib.

Bunu FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini Əkbər Novruzov APA-ya açıqlamasında bildirib.

Onun sözlərinə görə, yanğının söndürülməsi işlərində 8 yanğınsöndürən maşın, 148 nəfərlik şəxsi heyət iştirak edib: "Onlardan 48-i Dövlət Yanğından Mühafizə Xidmətinin, 80-i Xüsusi Riskli Xilasetmə Xidmətinin və 30-u Mülki Müdafiə Alayının əsgərləridir. Yanğın nəticəsində 12 hektar olan ərazinin 4 hektar sahəsi yanıb. Əsasən quru ot, kol-kos və quru şam ağacları yanıb. Hazırda yanğının baş verməsi səbəbləri araşdırılır".

Bildirilib ki, ərazi hər tərəfdən magistral yollarla əhatə olunub. Eyni zamanda, ərazidən magistral qaz xətti keçir və ictimai iaşə obyektləri yerləşir: "Yanğın bölmələri tərəfindən ərazidən keçən magistral qaz xətti və ictimai iaşə obyektləri mühafizə olunub. Həmçinin yaşıllıq zonanın qalan hissəsi mühafizə edilib. Hazırda ərazidə quru kötüklərin tam söndürülməsi işləri gedir ki, yanğın yenidən alovlanmasın.

Ərazidə hər tərəfdən magistral yollar keçir. Çox güman ki, yanğında insan faktoru rol oynayıb. Ayrı-ayrı sürücülər tərəfindən atılmış siqaret kötüklərinin yanğına səbəb ola biləcəyi ehtimal edilir".

Qeyd edək ki, yanğın saat 20:29-da FHN-in yanğınsöndürənləri tərəfindən tam söndürülüb.

 

# 1923
avatar

Oxşar yazılar

“Məclis.info”  saytının rəhbəri   həbs edildi

“Məclis.info” saytının rəhbəri həbs edildi

19 aprel 2024 , 19:30
Laçında  FACİƏ:   28 yaşlı gənc öldü

Laçında FACİƏ: 28 yaşlı gənc öldü

19 aprel 2024 , 18:43
Atası həbsdəki oğluna  narkotik   gətirdi

Atası həbsdəki oğluna narkotik gətirdi

19 aprel 2024 , 18:30
Axtarışda idi, Xırdalanda tutuldu

Axtarışda idi, Xırdalanda tutuldu

19 aprel 2024 , 18:01
Bakıda bank kartından oğurluq edənlər tutuldu

Bakıda bank kartından oğurluq edənlər tutuldu

19 aprel 2024 , 16:33
Abel Məhərrəmovu məhkəməyə verdilər

Abel Məhərrəmovu məhkəməyə verdilər

19 aprel 2024 , 16:30
Arvadına 22 bıçaq zərbəsi vuran Qaçay HƏBSDƏ ÖLDÜ

Arvadına 22 bıçaq zərbəsi vuran Qaçay HƏBSDƏ ÖLDÜ

19 aprel 2024 , 16:11
Rüşvət alan polis mayoru  saxlanıldı

Rüşvət alan polis mayoru saxlanıldı

19 aprel 2024 , 15:27