Bakıda ticarət mərkəzindən oğurluq edilib.
Lent.az xəbər verir ki, hadisə Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən "Binə" ticarət mərkəzində qeydə alınıb. Mağazaların birindən 474 manat dəyərində qadın corabları oğurlanıb.
Daxil olan məlumatla əlaqədar polis əməkdaşları əməliyyat keçiriblər. Nəticədə oğurluqda şübhəli bilinən 58 yaşlı Aydın İsgəndərov saxlanılıb.
Araşdırma aparılır.