Bilgəh çimərliyində  9 minlik telefon oğurlandı
31 iyul 2024 11:19 (UTC +04:00)

Bilgəh çimərliyində 9 minlik telefon oğurlandı

Bakının Bilgəh qəsəbəsindəki çimərlikdə silsilə oğurluqlar baş verilib.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Bilgəh qəsəbəsində yerləşən çimərlikdə müxtəlif vaxtlarda 6 nəfərin 9000 manat dəyərində 7 ədəd mobil telefonunun və içərəsində ümumilikdə 750 manat pul olan çantalarının oğurlanması barədə polisə məlumatlar daxil olub.

Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməllərini törətməkdə şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş 32 yaşlı Niyaməddin Qurbanov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6695

Oxşar yazılar