Beyləqanda QƏZA:  4 nəfər yaralanıb
30 oktyabr 2025 20:41 (UTC +04:00)

Beyləqanda QƏZA: 4 nəfər yaralanıb

0

Beyləqan rayonunun Daşburun qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.

İlkin məlumata görə, “Mercedes” markalı minik avtomobili ilə “KİA” markalı nəqliyyat vasitəsi toqquşub.

Qəza nəticəsində 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xəsarət alanlardan 3 nəfərə ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb, 1 nəfərin müalicəsi davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərə ötmə və manevretmə qaydalarına ciddi riayət etməyi, hərəkət zamanı diqqətli olmağı və sürət həddini aşmamağı tövsiyə edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 290

Oxşar yazılar