Bəhruz Səmədov
23 avqust 2024 18:44 (UTC +04:00)

Bəhruz Səmədov

Bəhruz Səmədov dövlətə xəyanət ittihamı ilə həbs olundu

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılan Bəhruz Səmədov cinayət məsuliyyətinə cəlb edilib.

Lent.az xəbər verir ki, bu barədə onun vəkili Zibeydə Sadıqova məlumat verib. 

Vəkil deyib ki, müvəkkilinə qarşı Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham elan edilib.

Səbail Rayon Məhkəməsinin qərarı ilə B.Səmədov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Məhkəmə prosesində Bəhruz Səmədovun tapşırıq alıb məlumat ötürməkdə şübhəli bilindiyi Ermənistan Respublikası vətəndaşlarının adlarının sadalandığı məlum olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2271
avatar

Oxşar yazılar