Bədənini göstərən kim, oriental oynayan kim...3 tiktoker  həbs olundu, 2-si cərimələndi
03 mart 2026 17:15 (UTC +04:00)

Bədənini göstərən kim, oriental oynayan kim...3 tiktoker həbs olundu, 2-si cərimələndi

0

Tiktok və instagram sosial şəbəkələrində əxlaqsız paylaşımlar edənlər məsuliyyətə cəlb olunub.

Lent.az-ın əldə etdiyi məlumata görə, onların hər biri barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsilə protokol tərtib olunub.

Məlumata əsasən, onlar adı çəkilən sosial şəbəkələrdə qeyri-etik mövzulardan danışaraq nalayiq ifadələr işlədiblər, həmçinin bədən hissələrini əxlaqsız nümayiş etdirməklə cəmiyyətə aşkar hörmətsizlik ediblər.

Onlardan 27 yaşlı qadın bildirib ki, geyimsiz görüntülərini münasibətdə olduğu şəxsə göndərmək üçün çəkib.

30 yaşlı S. Abbasova isə instagramdakı 140 minlik səhifəsində alt paltarı brendini reklam edərkən bədən hissələrini əxlaq normalarına və milli-mənəvi dəyələrə zidd nümayiş etdirib. Protokolda qeyd olunub ki, onun videosunda paltar satışı reklamı niyyəti olmayıb. Qadın oriental oynayaraq bədən hissələrini qeyri-etik formada göstərib və niyyəti izləyicilərdə ehtiras hissini oyatmaq olub. Belə ki, çəkiliş zamanı heç brendin adı da aydın görünməyib.

Saxlanılan şəxslər əməllərindən peşman olduqlarını və bir daha belə hallara yol verməyəklərini deyiblər.

Bakının ayrı-ayrı rayon məhkəmələrinin qərarları ilə 27 yaşlı Bərdə sakini 15 gün, 31 yaşlı Hacıqabul sakini 20 gün və 36 yaşlı Şəki rayon sakini isə 8 gün müddətinə həbs ediliblər. Həmçinin 30 yaşlı S. Abbasova 1000 manat, 29 yaşlı Lənkəran sakini isə 500 manat miqdarında cərimələniblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 490

Oxşar yazılar