Batma təhlükəsi ilə üzləşən 7 nəfər xilas edildi
03 iyul 2021 10:51 (UTC +04:00)

Batma təhlükəsi ilə üzləşən 7 nəfər xilas edildi

0

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları iyulun 2-də 108 yanğına çıxış və 7 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirib.

Nazirlikdən Lent.az-a verilən məlumata görə, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, ötən sutka ərzində çimərlik və qeyri-çimərlik sahələrində çimərkən batma təhlükəsi ilə üzləşən 7 nəfər xilas edilib, yanğınlar zamanı 2 nəfər təxliyə olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1395

Oxşar yazılar