Baş Prokurorluq Göyçayda konfrans keçirəcək
27 oktyabr 2023 10:30 (UTC +04:00)

Baş Prokurorluq Göyçayda konfrans keçirəcək

0

Baş Prokurorluq tərəfindən noyabrın 3-də Göyçay şəhərində ətraf region prokurorluqları və hüquq-mühafizə orqanlarının məsul əməkdaşları, digər dövlət qurumlarının, habelə təhsil müəssisələrinin nümayəndələrinin iştirakı ilə konfrans təşkil ediləcək.

Qurumdan Lent.az-a verilən xəbərə görə, “Heydər Əliyev və şanlı Zəfər tariximiz” adlı konfransda, Baş Prokurorluğun və digər dövlət qurumlarının məsul şəxsləri, regional media nümayəndələri ilə yanaşı, qeyri-hökumət təşkilatları və vətəndaş cəmiyyəti institutlarının nümayəndələri iştirak edəcək.

Xatırladaq ki, Baş Prokurorluq tərəfindən bundan əvvəl, Gəncə, Lənkəran, Şəki, Gədəbəy, Quba, Bərdə, Zaqatala,Sabirabad və Şəmkir şəhərlərində regional konfranslar təşkil olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2860

Oxşar yazılar