Baş məşqçi yarışa apardığı tələbəsinə  təcavüz etdi
28 oktyabr 2023 10:43 (UTC +04:00)

Baş məşqçi yarışa apardığı tələbəsinə təcavüz etdi

0

Primorsk Atletika Federasiyasının baş məşqçisi 64 yaşlı Yuri Paxomkin 9-cu sinif şagirdinə qarşı seksual hərəkətlərdə ittiham olunub.

Lent.az Rusiya teleqram kanallarına istinadla bildirir ki, ötən ilin iyulunda həmin vaxt 14 yaşı olan idmançı 64 yaşlı məşqçisi ilə Çelyabinskdə yarışa gedib. Mentor və şagird on gün eyni oteldə - “Visit”də yerləşdirilib.

Məktəbli qızın dediyinə görə, bu oteldə yaşlı məşqçi onu incidib və hər cür ədəbsiz hərəkətlər edirmiş. Qız bu barədə anasına indi danışıb.

Polis cinayəti etiraf edən Paxomkini saxlayıb. “Seksual hərəkətlər” maddəsi ilə cinayət işi açılıb, məşqçini 3 ilə qədər həbs gözləyir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 6531

Oxşar yazılar