Balakəndə metamfetamin (patı) və heroin satanlar saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən məlumata görə, psixotrop maddələrin satışında şübhəli bilinən rayonun Qullar kənd sakini Vasif Məmmədov saxlanılıb. Şəxsi axtarış zamanı ondan satmaq məqsədi ilə əldə etdiyi külli miqdarda “patı” kimi tanınan psixotrop maddə-metamfetamin aşkarlanaraq maddi sübut kimi götürülüb.
Keçirilən digər bir əməliyyat zamanı isə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini İsrafil Əliyev saxlanılıb. Şəxsi axtarış zamanı ondan heroin aşkarlanıb.
Qeyd edilən faktlarla bağlı Balakən rayon Polis Şöbəsində araşdırmalar aparılır, əməliyyat-istintaq tədbirləri davam etdirilir.