Balakəndə evində narkotik və avtomat  gizlədən şəxs saxlanıldı-FOTO
15 iyul 2024 08:42 (UTC +04:00)

Balakəndə evində narkotik və avtomat gizlədən şəxs saxlanıldı-FOTO

Balakən Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı qanunsuz odlu silah-sursat saxlayan və narkotik vasitələrin dövriyyəsi ilə məşğul olan 27 yaşlı Anar Kaltayev saxlanılıb. 

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən məlumata görə, onun üzərindən və yaşadığı ünvandan 1 kiloqram marixuana, eləcə də  “Kalaşnikov” markalı avtomat, daraq və patronlar aşkarlanıb.

Saxlanılan  şəxs avtomatı bir müddət əvvəl əldə etdiyini və polisə təhvil verməyərək özündə saxladığını bildirib. 

Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə A.Kaltayev barəsində həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1599
avatar

Oxşar yazılar