Balakən şəhərində ümumi sahəsi 320 m² (hər mərtəbəsi 160 m²) olan ikimərtəbəli çörəkbişirmə sexinin ikinci mərtəbəsinin tavanı 160 m² sahədə yanıb.
Fövqəladə Hallar Nazirliyindən Lent.az-a verilən xəbərə görə, sexin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.