Bakıda ölümlə nəticələnən yol qəzası olub.
Lent.az-ın məlumatına görə, hadisə Nərimanov rayonu, Ziya Bünyadov prospektində baş verib. 7 saylı marşrut xətt avtobsunun sürücüsü Babayev Azər Heybətqulu oğlu idarə etdiyi "BakuBus" MMC-yə məxsus avtomobillə piyada 19 yaşlı Mustafazadə Seyfəddin Sədrəddin oğlunu vurub.
Piyada ağır xəsarətlə Sabunçu Tibb Mərkəzinə yerləşdirilib. Lakin həkimlərin müdaxiləsinə baxmayaraq, səhər saatlarında onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı cinayət işi başlayıb, araşdırma aparılır.
Qeyd edək ki, S. Mustafazadə Bakı Mühəndislik Universitetinin III kurs tələbəsidir.
Seyfəddin Mustafazadə