"Baksol yolu"nda 1 nəfər quyuya düşdü  -  YENİLƏNİB
27 iyun 2025 14:19 (UTC +04:00)

"Baksol yolu"nda 1 nəfər quyuya düşdü - YENİLƏNİB

Dünən axşam saatlarında bir nəfərin "Baksol" adlanan ərazidə kanalizasiya kollektoruna düşdüyü ehtimal olunur.

Lent.az-ın xəbərinə görə, bu barədə APA-ya İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin mətbuat katibi Ceyhun Musaoğlu bildirib.

Onun sözlərinə görə, axtarışlar aparılır. 

***

14:93

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Baksol yolu adlanan ərazidə 1 nəfərin quyuya düşərək köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Bu barədə Lent.az-a nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Məlumatla bağlı nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunub.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 568

Oxşar yazılar