Bakının Nizami rayonunda dava zamanı bir nəfər bıçaq xəsarəti alıb.
Lent.az APA-ya istinadla xəbər verir ki, hadisə metronun Xalqlar Dostluğu stansiyasının qarşısında qeydə alınıb.
Belə ki, 1989-cu il təvəllüdlü Həsənov Mirhakim Akif oğlu tanımadığı şəxslərlə mübahisə edib. Mübahisə zamanı Həsənov iki bıçaq xəsarəti alıb. Yaralı Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.
Həkimlər onun vəziyyətinin ağır olduğunu bildirir.
Faktla bağlı Nizami Rayon Polis İdarəsinin əməkdaşları araşdırma aparır.