Paytaxtın Səbail rayonunda xüsusi karantin rejim qaydalarına əməl etməyən “Port Wine Grill ” restoranın icarədarı barəsində qanunvericiliyə uyğun müvafiq tədbir görülüb.
Bu barədə Lent.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatında bildirilir.
Qeyd olunub ki, Səbail rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi tədbirlərlə sanitariya-gigiyena və karantin rejim qaydalarını pozan restoranın icarədarına İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsilə (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) 4000 manat miqdarında inzibati tənbeh tədbiri tətbiq olunub.
Qeyd edək ki, sosial şəbəkələrdə “Port Wine Grill ” restoranında "gizli toy" mərasiminin keçirilməsinə dair görüntülər yayılıb.