Bakının mərkəzində restorandan külli miqdarda pul oğurlandı
09 avqust 2024 14:47 (UTC +04:00)

Bakının mərkəzində restorandan külli miqdarda pul oğurlandı

Avqustun 6-da paytaxtın Nəsimi rayonu ərazisində yerləşən restoranların birindən 1900 manatın oğurlanması barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsi əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən əvvəllər narkotiklə əlaqəli cinayətlərə görə məhkum olunmuş E.Cabbarov müəyyən olunaraq saxlanılıb.

Şəxsi axtarış zamanı ondan narkotik vasitə olan metamfetamin aşkar olunaraq götürülüb. Saxlanılan şəxslə bağlı aparılan araşdırmalarla onun Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə axtarışda olması da müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 810
avatar

Oxşar yazılar