Bakıda kütləvi dava olub.
Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə paytaxtın Yasamal rayonu Hüseyn Cavid prospektində qeydə alınıb.
Prospektdə baş verən kütləvi davada bir neçə nəfər döyülüb. Döyülənlər – 19 yaşlı Həsənxan İbişov, 20 yaşlı Zahid Əliyev, 20 yaşlı Əlvan Əzizov və 21 yaşlı Murad Məmmədovdur.
Hadisə ilə bağlı Yasamal rayon Polis İdarəsində araşdırmalar başladılıb.
Hazırda polis şəxsiyyəti məlum olmayan 3 nəfər dava iştirakçısının müəyyən edilərək tutulması istiqamətində əməliyyat-axtarış tədbirlərini davam etdirir.