Bakıdan Naxçıvana uçan təyyarə geri qayıtdı - SƏBƏB
04 iyul 2021 09:24 (UTC +04:00)

Bakıdan Naxçıvana uçan təyyarə geri qayıtdı - SƏBƏB

0

Saat 07:22-də Bakıdan Naxçıvana uçuş edən “Azərbaycan Hava Yolları” QSC- (AZAL) məxsus “Airbus A319” təyyarəsinin kapitanı Bakı hava limanına qayıdaraq eniş icazəsi istəyib.

AZAL-dan Lent.az-a erilən məlumata görə, təyyarənin plandankənar enməsinə texniki nasazlıq (kondisioner sistemində problem) səbəb olub.

Bakı vaxtı ilə saat 08:01-də təyyarə Heydər Əliyev Beynəlxalq Aeroportunda uğurlu eniş edib. Hava gəmisinin göyərtəsində 122 sərnişin olub. Onlar Naxçıvan şəhərinə digər təyyarə ilə göndəriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2649

Oxşar yazılar