Bakıda zavoddan oğurluq edənlər tutuldu
25 yanvar 2023 11:47 (UTC +04:00)

Bakıda zavoddan oğurluq edənlər tutuldu

0

Bakıda zavoddan oğurluq edilib.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Qaradağ rayonunun Lökbatan qəsəbəsində yerləşən zavodlardan birinin həyətindən dəmirüyüdən dəzgahın mühərrikinin oğurlanması barədə polisə məlumat daxil olub.

Qaradağ rayon Polis İdarəsinin 10-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən Qəbələ rayon sakini Anar Yusifov və Qazax rayon sakini Elturan Nəsibzadə müəyyən olunaraq saxlanılıblar.

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2017

Oxşar yazılar