Bakıda zavoddan oğurluq edən dəstə ələ keçirildi
23 sentyabr 2023 13:43 (UTC +04:00)

Bakıda zavoddan oğurluq edən dəstə ələ keçirildi

Bakıda zavod qarət olunub.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, sentyabrın 16-dan 21-dək olan müddətdə Ələt qəsəbəsi ərazisində yerləşən zavoddan 2400 manat dəyərində darvaza və dəmir oğurlanıb.

Qaradağ rayon Polis İdarəsinin 11-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluqda şübhəli bilinən qəsəbə sakinləri, əvvəllər məhkum olunmuş F.Abbasov, X.Həsənov, S.Bayramov və S.Dadaşzadə saxlanılıblar.

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5646

Oxşar yazılar