Bakıda yataqxanada YANĞIN:  3 nəfər zəhərləndi
25 avqust 2025 18:37 (UTC +04:00)

Bakıda yataqxanada YANĞIN: 3 nəfər zəhərləndi

Bakının Nərimanov rayonunda yataqxanada yanğın olub, üç nəfər tüstüdən zəhərlənib.

Bu barədə Lent.az-a FHN-dən məlumat verilib.

Bildirilib ki, beşmərtəbəli yataqxana binasının 1-ci mərtəbəsində ümumi sahəsi 18 m² olan 1 otaqlı mənzildə ev əşyaları 5 m² sahədə yanıb. Yanğın zamanı 3 nəfər tüstüdən zəhərlənib.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 292

Oxşar yazılar