Bakı şəhəri, Xətai rayonu, Polad Həşimov küçəsində beşmərtəbəli yataqxana binası yanır.
Bu barədə Lent.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Nazirliyə yanğın baş verməsi barədə məlumat daxil olub, dərhal əraziyə Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin, Bakı Regional Mərkəzinin qüvvələri cəlb edilib.
Yanğın Nazirliyin qüvvələri tərəfindən genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.