Sabirabadda körpü uçdu,  kombayn sürücüsü öldü
25 dekabr 2025 09:55 (UTC +04:00)

Sabirabadda körpü uçdu, kombayn sürücüsü öldü

0

Sabirabadda kombayn kanala aşıb.

Lent.az APA-ya istinadla bildirir ki, hadisə Sarxanbəyli kəndində qeydə alınıb.

Kənd sakini 37 yaşlı Kərimov Nurlan Zəbulla oğlu idarə etdiyi pambıqyığan kombaynla kəndin ərazisindəki “Mil-Muğan” dren-kollektorun üzərindəki körpüdən keçərkən körpünün uçması nəticəsində kombayn kanala aşıb. Nəticədə sürücü hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 322

Oxşar yazılar