Bakıda yarım milyon mənimsəyən direktora AĞIR CƏZA
18 avqust 2023 12:33 (UTC +04:00)

Bakıda yarım milyon mənimsəyən direktora AĞIR CƏZA

Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda mənimsəmədə təqsirləndirilən sahibkar Tural Heydərlinin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Lent.az-ın verdiyi xəbərə görə, hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə T. Heydərli  10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. 

İttihama görə, “Firstek” mağazasının direktoru Heydərli Tural Sahib oğlu barəsində Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə, xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsilə ittiham elan olunub. Məlumata əsasən, o, 551 min 135 manat mənimsəmədə təqsirli bilinir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1962
avatar

Xədicə SƏXAVƏT

Oxşar yazılar