Bakıda yanğına görə yollardakı məhdudiyyətlər aradan qaldırıldı
16 oktyabr 2021 11:32 (UTC +04:00)

Bakıda yanğına görə yollardakı məhdudiyyətlər aradan qaldırıldı

Bakının "Nərimanov" metrostansiyası yaxınlığındakı yollarda tətbiq olunan məhdudiyyət aradan qaldırılıb.

Bu barədə Lent.az-a BNA-dan məlumat verilib.

Bildirilir ki, yanğınla əlaqədar metronun “N.Nərimanov” stansiyası istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə tətbiq edilən məhdudiyyətlər aradan qaldırılıb.

Qeyd edək ki, bu gün səhər saatlarından "Nərimanov" metrostansiyasının çıxışında olan ticarət mərkəzində güclü yanğın başlayıb. Bu səbəblə həmin küçənin girişində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulub.

# 1185
avatar

Mehman Nəbiyev

Oxşar yazılar