Bakıda yanan körpələrin BABASI DA ÖLDÜ:  digərləri isə... - YENİLƏNİB
05 iyul 2022 18:11 (UTC +04:00)

Bakıda yanan körpələrin BABASI DA ÖLDÜ: digərləri isə... - YENİLƏNİB

Bakıda evdə yanan ailənin son durumu açıqlanıb.

TƏBİB-dən Lent.az-a verilən məlumata görə, hazırda 2 uşağın və ananın reanimasiya şöbəsində müalicələri davam etdirilir: "Onların vəziyyətləri ağır olaraq qiymətləndirilir. Ata isə palataya köçürülüb".

***

saat 12:41

Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl Sabunçu rayonunda evin yanması nəticəsində bir ailənin 2 üzvü ölüb, 5-i yaralanmışdı.

Lent.az-ın əldə etdiyi məlumata görə, Bakıda evin yanması nəticəsində xəsarət alan ailənin daha bir üzvü, körpələrin babası, 70 yaşlı Abbasov Qafar Qəni oğlu da müalicə olunduğu xəstəxanada dünyasını dəyişib.

Qeyd edək ki, məlum hadisə iyunun 29-da Bakının Kürdəxanı qəsəbəsində qeydə alınıb. Fərdi yaşayış evlərindən birində baş verən yanğın nəticəsində əkiz körpələr ölüb, ailənin 5 üzvü isə yaralanmışdı. 

# 7809
avatar

Mehman Nəbiyev

Oxşar yazılar