Bakıda xarici vətəndaşın 27 min dolları oğurlandı - VİDEO
22 noyabr 2021 16:42 (UTC +04:00)

Bakıda xarici vətəndaşın 27 min dolları oğurlandı - VİDEO

Bakıda əcnəbinin bank kartından külli miqdarda pul oğurlanıb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Yasamal rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinə şikayət edən ölkəmizdə yaşayan xarici dövlətlərdən birinin vətəndaşı onun bank kartından 27 min dolların naməlum şəxslər tərəfindən oğurlandığını bildirib. Həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakinləri Zöhrab Əliyev və Orxan Qafarov saxlanılaraq istintaqa təqdim ediliblər.

Araşdırma zamanı müəyyən edilib ki, saxlanılan şəxslər ödənişli virtual oyunlardan istifadə edən zaman zərərçəkənin kartından istifadə ediblər. Daha sonra həmin kartda olan pul vəsaitini onlayn alış-veriş saytlarında xərcləyərək müxtəlif təyinatlı ödənişlər ediblər. Həmin şəxslər ifadələrində etdikləri əməli etiraf ediblər.

Qeyd edilən faktla bağlı Zöhrab Əliyev və Orxan Qafarov barəsində Yasamal rayon Polis İdarəsinin İstintaq Şöbəsində araşdırmalar davam etdirilir.

Bakıda əcnəbinin kartından 27 min dollar oğurlandı

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1799

Oxşar yazılar

Bakıda evdən meyit tapıldı

Bakıda evdən meyit tapıldı

12 aprel 2025 , 17:41
Elşad Abdullayev prokurorluğa ÇAĞIRILDI

Elşad Abdullayev prokurorluğa ÇAĞIRILDI

12 aprel 2025 , 17:35
Bakıda narkotik çəkən taksi sürücüsü həbs olundu

Bakıda narkotik çəkən taksi sürücüsü həbs olundu

12 aprel 2025 , 16:41
Şamaxıda zəlzələ   oldu

Şamaxıda zəlzələ oldu

12 aprel 2025 , 16:04
Sərxoş olub maşının yerini unutdu,  polisə yalan DANIŞDI - Bakıda ŞOK OLAY

Sərxoş olub maşının yerini unutdu, polisə yalan DANIŞDI - Bakıda ŞOK OLAY

12 aprel 2025 , 15:43
Rayonda hamı onu axtarır

Rayonda hamı onu axtarır

12 aprel 2025 , 15:39
Aeroport yolunda QƏZA

Aeroport yolunda QƏZA

12 aprel 2025 , 15:04
İranla sərhəddə silahlı İNSİDENT:  ölən var

İranla sərhəddə silahlı İNSİDENT: ölən var

12 aprel 2025 , 14:52