Bakıda vağzaldan "Kalaşnikov" tapıldı
21 yanvar 2022 14:12 (UTC +04:00)

Bakıda vağzaldan "Kalaşnikov" tapıldı

0

Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş V.Miqunov saxlanılıb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə,  şəxsi axtarış zamanı ondan 40 qram tiryək və 1 ədəd avtomat patronu götürülüb.

Ətrafında aparılan tədbirlərlə onun Sabunçu dəmir yolu stansiyasının ərazisində gizlətdiyi nömrəsi silinmiş “AKM” markalı avtomat, 1 ədəd patron darağı və 27 ədəd patron da aşkar edilərək götürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1497

Oxşar yazılar