Bakıda "Toyota"dan 15 min manat oğurlayanlar saxlanıldı
20 yanvar 2023 18:25 (UTC +04:00)

Bakıda "Toyota"dan 15 min manat oğurlayanlar saxlanıldı

0

Bakıda avtomobillərdən oğurluq edilib.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, yanvarın 19-da “Toyota” markalı bir avtomobildən 15.000 manat məbləğində pulun oğurlanması, digər eyni markalı avtomlobildən isə oğurluğa cəhd olunması barədə Xətai rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinə məlumat daxil olub.

Həmin məlumatlar əsasında polis əməkdaşlarının keçirdikləri operativ tədbirlərlə oğurluq əməllərində şübhəli bilinən, əvvəllər də analoji cinayətlərə görə məhkum olunmuşlar - Rəxşan Məmmədov və Rəşid Məlikov müəyyən olunaraq saxlanılıblar.

Faktla bağlı 37-ci Polis Şöbəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2266

Oxşar yazılar