Bakının Nərimanov rayonunda piyadanı avtomobil vurub.
Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə Heydər Əliyev prospektində baş verib.
Belə ki, 2003-ci il təvəllüdlü Mustafazadə Sədrəddin Seyfəddin oğlu yolun piyada üçün müəyyən edilməmiş hissəsindən keçib.
Yaralı açıq kəllə-beyin travması və bədənin çox saylı xəsarətləri ilə komatoz vəziyyətdə xəstəxanaya yerləşdirilib.
19 yaşlı piyada Sabunçu rayonu 3 nömrəli Şəhər Xəstəxanasında həkimlərin səyinə baxmayaraq, ölüb.