Bakının Xətai rayonunda bədbəxt hadisə zamanı gənc qız ölüb.
Lent.az xəbər verir ki, hadisə Naximov küçəsi 37 ünvanında qeydə alınıb.
Belə ki, 2003-cü il təvəllüdlü Məmmədova Aytən Xalid qızı yaşadığı binanın 4-cü mərtəbəsindəki mənzilin eyvanından yıxılıb.
O, aldığı xəsarətlərdən yerində ölüb.
Qeyd edək ki, A.Məmmədova Dövlət Rəssamlıq Akademiyasının tələbəsidir.