Bakıda taxta emalı sexi və kafe yanıb
02 iyul 2021 07:10 (UTC +04:00)

Bakıda taxta emalı sexi və kafe yanıb

0


Bakının Qaradağ rayonunda taxta emalı sexinin ərazisində ümumi sahəsi 180 m² olan anbarın dam örtüyünün yanar konstruksiyaları 90 m² sahədə və içərisindəki taxta yonqarı 40 m² sahədə yanıb. 

Fövqəladə Hallar Nazirliyindən Lent.az-a verilən məlumata görə, anbarın qalan hissəsi mühafizə olunub.

Bakının Səbail rayonunda isə üçmərtəbəli yaşayış binasının zirzəmisində ümumi sahəsi 85 m² olan kafenin mətbəxində 1 ədəd məişət avadanlığı yanıb. Kafe yanğından mühafizə olunub. 

Hər iki yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1330

Oxşar yazılar