Bakıda  spirtdən zəhərlənib   ölənlərlə bağlı RƏSMİ AÇIQLAMA
24 fevral 2025 12:17 (UTC +04:00)

Bakıda spirtdən zəhərlənib ölənlərlə bağlı RƏSMİ AÇIQLAMA

Lent.az son günlər Bakıda spirtdən zəhərlənib ölənlərlə bağlı xəbər vermişdi.

Ölüm xəbərləri rəsmi təsdiqini tapdı

Bu gün Baş Prokurorluq saytımızda gedən faktları təsdiqləyən açıqlama yayıb. 

Açıqlamada bildirilir ki, fevralın 22-23-də Sabunçu rayonu ərazisində ümumilikdə 15 nəfərin ölməsi faktı ilə bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.3-cü (iki və daha çox şəxsin ölümünə səbəb olan səhlənkarlıq) maddəsilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır. 

Kütləvi ölümə səbəb nə olub?

Keçirilən ilkin tədbirlərlə həmin şəxslərin qəbul etdikləri etil (texniki) spirtindən zəhərlənməsi nəticəsində ölmələri müəyyən edilib. 

Hadisə yerindən götürülən sübutlar...

Prokurorluq əməkdaşları tərəfindən məhkəmə tibb eksperti və kriminalistin iştirakı ilə hadisə yerlərinə və meyitlərə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar, o cümlədən daxilə qəbul edilməsi qadağan olunan tərkibində 75 və 95 faiz spirtə malik gigiyenik vasitənin boş şüşələri, qida qalıqları və s. götürülüb, müvafiq ekspertizalar təyin olunmaqla, digər zəruri istintaq hərəkətləri icra edilib.

İbtidai istintaq davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1232

Oxşar yazılar