Bakıda ŞOK: qız xalasının  28 min manatını oğurladı
07 mart 2026 11:50 (UTC +04:00)

Bakıda ŞOK: qız xalasının 28 min manatını oğurladı

0

Bakının Xətai rayonu ərazisində bir qadın polisə müraciət edərək yaşadığı evdən 28 min manat pulun oğurlandığını bildirib.

DİN mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, Xətai rayon Polis İdarəsinin 36-cı Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, zərərçəkənin bacısı qızı N.Nəzərova müəyyən edilərək saxlanılıb.

Araşdırma zamanı saxlanılan şəxsin həmin maddi vəsaiti xalasının mənzilində yaşadığı müddətdə hissə-hissə taladığı məlum olub.

Araşdırma davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 332

Oxşar yazılar