Bakıda ŞOK:  qadına tualetdə basqın etdilər
11 avqust 2025 11:53 (UTC +04:00)

Bakıda ŞOK: qadına tualetdə basqın etdilər

0

Nizami rayonunda qadına qarşı quldurluq edən şəxs saxlanılıb.

Lent.az xəbər verir ki, paytaxtın Nizami rayonunda naməlum şəxs rayon ərazisində yerləşən sanitar qovşaqlarından birinə yaxınlaşaraq orada işləyən qadına bıçaqla hədə-qorxu gəlib və masanın üzərindəki pul vəsaitini ələ keçirib.

Bu barədə zərərçəkənin özü polis orqanına məlumat verib.

Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri ilə cinayət əməlini törətməkdə şübhəli bilinən 43 yaşlı E.Qazarov müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2432

Oxşar yazılar