Bakıda fabrik qarət olunub.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, hadisə Sabunçu rayonunun Bakıxanov qəsəbəsində qeydə alınıb. Burada yerləşən fabrikin anbarından 24.000 manat dəyərində mühərrik yağının qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub.
Sabunçu rayon Polis İdarəsinin 13-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən orada satıcı işləyən Ağdam rayon sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş Mahir Səfərov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.