Paytaxtın Nəsimi rayonunda rejissor Elvin Adgözəlovu vurub qaçan şəxslər saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a bildirilib ki, avqustun 25-də axşam saatlarında E.Adgözəlova qarşı hüquqazidd hərəkətlər edən E.Əsgərov, C.İsmayılov və Q.Abdullayev polis əməkdaşlarının keçirdikləri tədbirlərlə müəyyən olunaraq saxlanılıblar.
Fakt üzrə Nəsimi rayon Polis İdarəsində araşdırmalar davam etdirilir.