Bakıda rəfiqəsini öldürən ABŞ səfirliyinin sabiq əməkdaşı həbsdə öldü
18 iyul 2023 17:02 (UTC +04:00)

Bakıda rəfiqəsini öldürən ABŞ səfirliyinin sabiq əməkdaşı həbsdə öldü

Bakıda qadın məhkum ölüb.

Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə Penitensiar Xidmətin Bakıdakı cəzaçəkmə müəssisələrindən birində qeydə alınıb.

Orada saxlanılan, 1960-cı il təvəllüdlü Nailə Əziz qızı Apayeva dünyasını dəyişib.

Onun xəstəlikdən öldüyü bildirilir.

Qeyd edək ki, N.Apayeva 2014-cü ildə rəfiqəsinin başına çəkiclə vuraraq öldürüb.

N.Apayeva ABŞ səfirliyinin balansında olan tibb müəssisəsində işləyirmiş.

O, həbs edildikdən sonra Bakı İstintaq Təcridxanasında intihara cəhd göstərib. Lakin onun həyatı xilas edilib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4059
avatar

Oxşar yazılar