Bakıda ötən il ölüm və xəsarətlə nəticələnən 437 yol qəzası olub.
Bu barədə Lent.az-a Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli məlumat verib. Məlumata görə, qəzalar nəticəsində 188 nəfər həlak olub, 355 nəfər isə yaralanıb.
2022-ci ildə 2021-ci illə müqayisədə 77 hadisə, 23 ölüm və 58 xəsarət sayı azalıb.