Bakıda qonşu qonşunu bıçaqladı
21 iyul 2022 03:19 (UTC +04:00)

Bakıda qonşu qonşunu bıçaqladı

0

Bakının Qaradağ rayonunda bıçaqlanma baş verib.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə Səngəçal qəsəbəsində qeydə alınıb.

Belə ki, 1988-ci il təvəllüdlü Qasımov Faiq Siyasət oğlu qapısını döyən qonşusuna irad bildirib.

Qonşuluğunda yaşayan şəxs səhvən onun qapısını döydüyünü bildirib.

Daha sonra F.Qasımova iki bıçaq zərbəsi vurub.

Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1965

Oxşar yazılar