Bakıda qarşısına it çıxan "Opel" aşdı: içərisindəki uşaqlar...
15 noyabr 2021 09:20 (UTC +04:00)

Bakıda qarşısına it çıxan "Opel" aşdı: içərisindəki uşaqlar...

Bakıda avtomobil aşıb.

Lent.az-ın məlumatına görə, hadisə noyabrın 14-ü, saat 20 radələrində paytaxtın Xəzər rayonu Türkan-Qala yolunda, dördyol adlanan ərazidə baş verib.

İdarəetməni itirən “Opel” markalı avtomobil “Zil” markalı yük avtomobili ilə toqquşub. Daha sonra minik avtomobili yolun kənarına aşıb.

Məlumata görə, minik avtomobilində azyaşlılar da olub və onların xəsarət aldığı bildirilir.

İlkin məlumata əsasən, “Opel” markalı avtomobilin qarşısına it çıxıb və o, iti vurmamağa çalışarkən idarəetməni itirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1632
avatar

Mehman Nəbiyev

Oxşar yazılar