Bakıda qadının pulu və boyunbağıları oğurlandı
08 aprel 2023 13:15 (UTC +04:00)

Bakıda qadının pulu və boyunbağıları oğurlandı

0

Bakıda qadın qarət olunub.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Bakı şəhər sakini olan bir qadının içərisində 1300 manat pulu, 2 ədəd boyunbağısı və sənədi olan cüzdanı oğurlanıb.

Nərimanov rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluqda şübhəli bilinən paytaxt sakini İsmayıl Nəcəfi müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1780

Oxşar yazılar