Bakının Nizami rayonunda yol-nəqliyyatı hadisəsi zamanı bir nəfər xəsarət alıb.
APA xəbər verir ki, avtoqəza Özbəkistan küçəsində baş verib.
1974-cü il təvəllüdlü Qəhrəmanova Aygül Şahvələd qızı yolu keçərkən onu naməlum markalı avtomobil vurub. Hadisəni törədən sürücü ərazidən uzaqlaşıb. Yaralı şahidlərin köməkliyi ilə xəstəxanaya yerləşdirilib.