Bakıda qadının bank hesabından oğurluq olub.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, paytaxt sakini G.Qurbanovanın bank hesabından 500 manat pul oğurlanıb.
Nəsimi rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlində şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş A.Əliyeva müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.