Bakıda qadın bayram günü oğurluq etdi
24 mart 2023 13:55 (UTC +04:00)

Bakıda qadın bayram günü oğurluq etdi

Bakıda ticarət mərkəzində oğurluq olub.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, martın 21-də saat 20 radələrində Nərimanov rayonu ərazisində yerləşən ticarət mərkəzlərindən birində içərisində 500 manat pul, 1000 manat dəyərində mobil telefon və bank kartları olan çanta oğurlanıb.

Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və Nərimanov rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən paytaxt sakini G.Talıbova müəyyən edilərək saxlanılıb.

# 2268
avatar

Oxşar yazılar