Bakı-Qazax şossesində baş verən qəza zamanı xəsarət alanların sayı 4-ə çatıb.
Lent.az xəbər verir ki, qəza zamanı bir nəfərin vəziyyəti ağır olduğunundan bir nəfər Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdirilib.
Həmin şəxs 1983-cü il təvəllüdlü Orucova Sevil Kamal qızıdır.
***
Saat 06:43
Bakının Qaradağ rayonunda yol qəzası zamanı 3 nəfər ağır xəsarət alıb.
Lent.az xəbər verir ki, hadisə Qızıldaş qəsəbəsində qeydə alınıb.
Belə ki, “Mercedes” markalı mikroavtobus paytaxt istiqamətinə hərəkətdə olarkən minik maşını ilə toqquşub.
Qəza nəticəsində 1989-cu il təvəllüdlü Orucov Mehman Bəxtiyar oğlu, 1973-cü il təvəllüdlü Orucova Sevinc Kamal qızı və 1954-cü il təvəllüdlü Eminov Nazim Səməd oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdiriliblər.
Baş Dövlət Yol Polisinin əməkdaşları tərəfindən avtotexniki ekspertiza təyin edilib.